Dövlət Gömrük Komitəsində (SGK) daha bir yüksək vəzifəyə təyinat olub.

Komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə Şamil Həsənli gətirilib.

"AzPolitika" xənər verir ki, gömrük xidməti mayoru Şamil Həsənli Vətən müharibəsi iştirakçısıdır. O, İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.

Şamil Həsənli bu təyinatadək Gəncə Gömrük İdarəsinin rəisi vəzifəsində işləyib. Daha əvvəl isə o, DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. 

"AzPolitika.info"