Menu

BAYRAMOV YENİ SƏDRƏ MÜAVİN TƏYİN OLUNDU - Anar Əliyev əmr imzalayıb

12.01.2026, 21:24
BAYRAMOV YENİ SƏDRƏ MÜAVİN TƏYİN OLUNDU - Anar Əliyev əmr imzalayıb

Eşqin Bayramov Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. 

"AzPolitika" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmr imzalayıb.

Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında "Ölkəşünaslıq - Avropa ölkələri" ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. 2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor, müəllim işləyib. 2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən əftə DMA-nın İdarə Heyətinin yeni sədr - Hasil Abbasov təyin olunmuşdu.

Şərhlər

Mirzə 2026-01-13 07:09:57

...

Oxucu 2026-01-12 18:13:57

Ukraynada alınan təhsil heç........?

Türk 2026-01-12 12:52:18

Hasil,Eşqin -bunar hansı millətə məxsus adlardır?Axı Azərbaycan türklərinin ensiklopediyasında belə adlara rast gəlinmir....

Tahir 2026-01-12 12:28:37

Mühüm dövlət vəzifəsinə kadr təyin edirlər. Elə vəzifələri ki, həmin vəzifələrdə nəyəsə Nail olmaq üçün azı bir neçə il vaxt lazımdır. Amma kadr yerini isitməmiş başqa işə keçirirlər və onun başladığı ləğv olur və onun da yerinə gələn yeni hədəflər müəyyən edir. Beləcə zaman keçir heç bir iş görülmür ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol