Azərbaycanda pensiyaçıların sayı məlum olub. Statistik məlumatlara əsasən, pensiyaçıların sayı 10, 8%-dir. Gürcüstanda isə əhalinin sayına görə pensiyaçılar 23,8%, Ermənistanda 16,6% təşkil edir.
İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, burada bir neçə səbəb var: "Birincisi, yaşla əlaqədardır. Azərbaycanda pensiya yaşı qadınlar və kişilər üçün 65-dir. Hazırda qadınlarda pensiya yaşı 64 yarımdır, amma iyul ayından sonra 65-ə qaldırılacaq. Ermənistanda pensiya yaşı 63, Gürcüstanda kişilər üçün 65 olacaq, qadınlar üçün 60-dır. Nəzərə alsaq ki, qadınların sayı kişilərdən çoxdur, buna görə Gürcüstanda və Ermənistanda pensiyaçılar çoxdur. Azərbaycanda isə faiz nisbətində azdır".
Əkrəm Həsənov ikinci səbəb kimi Gürcüstan və Ermənistanda yaşlı nəslin əhalinin xeyli hissəsini təşkil etməsində görür: "Azərbaycan əhalisi orta hesabla daha gəncdir. Bunun da iki səbəbi var. Birincisi, Gürcüstan və Ermənistanda gənclər ölkədən gedir. Onlar əsasən işləməyə, oxumağa Avropaya yollanır. Oxuyandan sonra elə orada qalıb işləyirlər. Bizdə isə bu proses qismən azdır. İstənilən Avropa ölkəsində təhsil alıb işləyənlər arasında ermənilər, gürcülər bizdən çoxdur".
İqtisadçı problemin üçüncü səbəbini doğumla əlaqələndirib: "Azərbaycanda doğum problemi yoxdur, onlarda isə əhali artmır və bu, ciddi problemdir. Gənc nəsil azdır, amma yaşlı nəsil çoxdur".

Şərhlər
Hər sahədə Ermənistanı Azərbaycanla muqayisə etmək biyabırçılqdır. Ermənistan ən geridə qalmış ölkədir .Millət Vəkilimiz Səyavuş muəllim bu muqayisədən nəticə çıxarıb fikirini bildirsin.
???
Çox mükəmməl təhlildir.S Novruzov da təxminen bele deyir .Deyir ki, bizde uşaq pulu verməyə ehtiyac yoxdur.Onsuz da doğum faizi digər ölkələrdən yuxarıdır.Demeye başqa söz tapmıram.
İŞSİZLİYİN İLMASI,YEDİYİMİZ ƏRZAĞIN,DƏRMAN VASTƏLƏRİNİN,HƏYAT SƏVVİYƏSİNİN AŞAĞI OLMASINA GÖRƏ BELƏDİR.
Bunun səbəbini Azərbaycana idxal olunan ərzaqlarə nəzarət etməli olan AQTA-dan, səhiyyə xidnətləri və dərman vasitələrini əlçatmaz edənlərdən soruşun.Niyə orta yaşam həddi sürətlə aşağı düşür? İlk və əsas səbəb budur !
Qanunsuzluq,sabaha inamin olmamasi....bu sebebden yaranan tez ŏlůmler .....
Sovet zaman Azərbaycanda Ali təhsil heç də Avropa ölklərindən aşağı səviyyədə olmayıb.Bəs nə oldu ki.indi Avropa təhsilinə həsəd aparırlar?Kim və niyə Aərbaycanda təhsili bu günə saldı?Niyə hakimiyyət bu sahədə ciddi islahatlara getmir?yarımçıquniversitetlər yağışdan sonra köbələk kimi lazımsız yerə çoxalıb.
Bunun bir səbəbi var.Azəraycanda əhaliyə təqdim edilən ərzqlar( un,su,makaron.yağ,süd,ətvəs.) təkibcəstandartlara uyğun olmaması səbəbilə xəstəlik vəölüm sayları artıb.buradan irəli gələninsanların orta ömr uzunluğu aşağı düşməsi nəzərə alınmayaraq pensiya yaşı qaldırılır.əsas səbəb budur!Hökumət ərzaqməsləsinəciddi nzarəti təşkil etməlidir.Palma yağını xalqa yedirtmək cinayətdir.Gömrük dəyəri1-2dolara Azərbaycana gətirilən texniki palma yağı 20-28 manata kərə yağı adı ilə xalqa satılır.AQTA bun görmür?