Menu

İki məktəblini avtomobil vurub

13.01.2026, 17:28
İki məktəblini avtomobil vurub

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, yolu keçməyə çalışan iki məktəbli qızı avtomobil vurub.

Onlar təcili Qusar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

TƏBİB-dən bildirilib ki, 2009-cu il və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol