"Facebook" sosial şəbəkəsi bu günlərdə “İlin icmalı” adlı yeni xidmət tətbiq edib.
SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, xidmət icmala ”Əla il idi. Yaxşı ki, onu birlikdə keçirdik” cümlələrini əlavə edərək istifadəçinin səhifəsində il ərzində dərc edilən foto kolleksiyasını toplayır.
Bu, bloqunda bu barədə yazan veb-dizayner Erik Mayerin də başına gəlib. Bundan sonra "Facebook" həmin istifadəçidən ictimai şəkildə üzr istəyib.
Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri üçün bu il heç də uğurlu keçməyib. Erik Mayer də belələrindəndir; onun altı yaşlı qızı bu ilin iyununda, öz ad günündə ölüb. "Facebook"un bu xidməti sayəsində Mayer qızının sonuncu doğum günündə rəngarəng hava şarları arasında qayğısız şəkildə rəqs edən fotosunu görməli və qızının ölümü ilə bağlı yaşadığı kədəri yenidən yaşamalı olub.

Şərhlər