Baş Prokurorluq “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı açıqlama yayıb.
"AzPolitika" xəbər verir ki, daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt Şəhər Prokurorluğunda narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi ilə bağlı fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi ilə bağlı cinayət işi başlanılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İlkin məlumata görə, şikayət prokurorluğa dekabr ayında daxil olub.

Şərhlər