"İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı Tehrandakı səfirliyimiz və Təbrizdəki Baş konsulluğumuz mütəmadi olaraq fəaliyyət göstərir”.

“AzPolitika" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Ceyhun Bayramov açıqlamasında deyib ki, İrandakı Azərbaycan vətəndaşları ilə bağlı fəaliyyət bir saat belə dayanmayıb: "Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə əlaqə nömrələri qeyd olunub. Biz orada hər hansı ciddi problem görmürük, ona görə də məsələ ilə bağlı Səfirlik və Baş konsulluğumuz tam fəaliyyətdədir".