Menu

"QARABAĞ"dan MÖHTƏŞƏM QƏLƏBƏ - "Ayntraxt"ı son dəqiqədə aşırdı + QOLLAR

21.01.2026, 23:43
"QARABAĞ"dan MÖHTƏŞƏM QƏLƏBƏ -  "Ayntraxt"ı son dəqiqədə aşırdı + QOLLAR

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində isə Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, yanvarın 28-də səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq. ("Report")







Şərhlər

Ədalət 2026-01-22 08:08:10

Halal olsun sənə o mayback.

Tahir 2026-01-22 00:25:58

Möhtəşəm!!!! Yaşa Qarabağ, Yaşa Qurban Qurbanov!!! Nəhayət futbolda ürəkdən sevinə bilirik!!!!

Asif 2026-01-22 00:20:15

MİBARİZE APARMADİ QARABAG DÖYUSDU. MİTTEFİQLERE QARSİ.ÜEFA ve EİNTRACHTA QARSİ.EFSANESİNİZ USAQLAR

Asif 2026-01-21 23:57:50

Ayntraxtdan qabaq alverci UEFA ni

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol