Menu

İLHAM ƏLİYEV TRAMPLA GÖRÜŞDÜ - FOTOLAR + VİDEO (Yenilənib)

22.01.2026, 19:37
İLHAM ƏLİYEV TRAMPLA  GÖRÜŞDÜ - FOTOLAR + VİDEO (Yenilənib)

Bu gün Davosda Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.

“AzPolitika" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulanıb.

Dövlət başçısı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunub.

Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirib.

Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğulayıb.

Dövlət başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib.

Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunulub, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edilib.

Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib.

Söhbət əsnasında dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd ediblər.




























Şərhlər

miri 2026-01-22 17:49:43

1mld.ilə bu "dostluq" bitsə şükür edək.

Zaur 2026-01-22 16:36:27

Indi de Trampdan yapişaq. görek başimiza ne oyunlar açirlar bu şovinist anqlosakslar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol