Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü Misir Mərdanov Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.
Bu barədə Modern.az-a fakültədən bildirilib.
Məlumata görə, M.Mərdanov hazırda Ali riyaziyyat kafedrasının müdiri kimi fəaliyyət göstərir.
BDU-dan o da bildirilib ki, Mexaniki-riyaziyyat fakültəsində bir sıra kafedraların birləşdiriləcəyi və onların adlarının dəyişdiriləcəyi gözlənilir.
Misir Mərdanov 1998–2013-cü illərdə təhsil naziri, 2013–2025-ci illərdə isə Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktoru vəzifəsində çalışıb.


Şərhlər
Мисир Марданов Самый хороший был министр оброзования
Təhsil naziri işləyəndə Təsili bərbad günə qoydu. İndi də Unuversteti ağ günə çıxaracaq. İnsanın gərək özünün də özünə bir hörməti olsun. Sadəcə biyabırçılıqdı.Allah islah etsin. Amma çətin, bu yaşa kimi olmayıbsa, inden belə də heç olmayacaq.
Adamın tamahı Həzrət Əlinin qılıncından itidir. A kişi 80 yaşın var. Sənə heç yaxın ətrafın da demir ki, bəsdir, qaxıl otur yerində? Millətdən ayıbdır?ALLAH bilir bu iş üçün kimlərə yalvar-yaxar eləməsən. Yoxsa heç kimin gözü uçmurdu səndən ötrü.Görünür ALLAHın planı başqadır. Bəzən o ucaltdığını rəzil edib sonra öldürür.
Maraqlıdır ki, Misir Mərdanov təhsilimizin anasını ağlayanların ən stajı çox olan naziri olub normalda buna görə minimum eşalota sürükləyib edam olmalı olduğu halda təhsilimiz qalıb bir yana bunun bekar qalıb qalmamağı gündəm olur. Sanki işsiz olsa acından pləcək.Bu adam evində otursa belə on minlərlə dövlətdən vəsait alır desən şübhə etmərəm...
Belə bir əvəzolunmaz kadrı bir gün belə işsiz qoymaq ölkəmizə, xalqımıza xəyanət, elmimizin rəhbəri Əmirullayevin ....İşsiz isə Rafiq Əliyev kimi məsəlçün yaltaqlıq, yalmanlıq, girənlik kimi dünya əhəmiyyətli elmlərdən xəbəri olmayanlar qalmalıdır...