Suriya hökuməti ölkə daxili böhrandan çıxmaq üçün Moskvada müxalifət nümayəndələri ilə görüşə hazır olduğunu bəyan edib. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” Suriya telekanalına istinadən xəbər yayıb.
“Suriya hökuməti suriyalıların böhrandan çıxmaq haqda arzularının reallaşması üçün Moskvada məsləhətləşmələrə hazırdır” – deyib Bəşər Əsəd təmsilçisi.
Bildirilir ki, 2015-ci il yanvarın sonunda Suriya hökuməti və müxalifət təmsilçiləri ilə keçiriləcək görüş 4 gün çəkəcək. Görüşdə müxalifətin ən geniş spektrinin qatılacağı gözlənilir.
İran hökuməti də münaqişə tərəfləri arasında planlaşdırılan görüşü alqışlayıb.


Şərhlər