Menu

Bakıda hoteldə qətl törədilib - Saxlanılan var

26.01.2026, 11:29
Bakıda hoteldə qətl törədilib - Saxlanılan var

Bakıda hoteldə qətl hadisəsi baş verib.

Hadisə ötən gün paytaxtın Xətai rayonunda yerləşən “Boulevard Hotel”də qeydə alınıb. Orada ofisiant kimi çalışan 1996-cı il təvəllüdlü Şəmistan Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Seymur Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.

Salanılan şəxsin də orada ofisiant olduğu, hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol