Rusiya prezidenti Dmitri Medvedyev ötən Yeni il axşamı ürəyində tutduğu bütün arzulara çatdığını bildirib. Musavat.com-un məlumatına görə, bu barədə o, NTV telekanalının efirində danışarkən söyləyib.
“Olimpiadanı nəzərə alsaq, hətta ürəyimdə tutduqlarımdan daha artığına çatmışam” – baş nazir bildirib.
Medvedyev 2015-ci ildə rusiyalılar üçün hər şeyin yaxşı olmasını arzu edib. “Mən istəyirəm ki, hər bir ailədə əmin-amanlıq və rifah olsun. Əlbəttə ki, arzu edirəm uşaqlarınız sağlam olsun, yaxşı ovqatda olasınız” - əlavə edib baş nazir.


Şərhlər