Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
“AzPolitika” xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçilik şöbəsinin müdiri Seymur Səfərli nazirin yeni müavinləri təyin edilib.
Prezident İlham Əliyevin digər sərəncamı ilə indiyədək kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışan Sarvan Cəfərov bu postdan azad olunub.
Beləliklə, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Modern.az-a istinadən işdən çıxarılan eks-nazir müavini Sarvan Cəfərovun dosyesini təqdim edirik:
S.Cəfərov 1985-ci ilin 28 oktyabrında anadan olub.
1992-2003-cü illərdə Bakı şəhərindəki 178 saylı orta məktəbdə təhsil alıb.
2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2007-2008-ci illərdə hərbi xidmətdə olub.
2008-2010-cu illərdə milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb.
2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.
2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.
2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması (MBA) ixtisası üzrə magistr təhsili alıb.
2015-2017-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.
2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub.
2018-ci iln aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub.
2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.
2020-ci ilin mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
2020-ci il iyulun 30-da Prezidentin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.
Evlidir, 3 övladı var.

Şərhlər
S.Cəfərov Bakıda asfalt üstündə bulvarda böyüyən adamdı.o nə bilir kənd təsərrüfatı nədir. Soruşun görün yoncaynan çayırı bir birindən syırd edə biliir ya yox.
KEND TESERRŮFATI VAR ?! BU NAZIRLIK NEYE LAZIMDIR...BŮTŮN AZERBAYCAN BAKIDADIR...ASFALTIN ŮSTÙNDE......SOMALIDEN ET ALIRIQ.......!!!