Menu

Bu nazirliyin əməkdaşı 18 kq qızılla tutuldu - Evindən silah çıxdı

30.01.2026, 21:23
Bu nazirliyin əməkdaşı 18 kq qızılla tutuldu - Evindən silah çıxdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib.

“AzPolitika” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub.

İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib.

Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər.

Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Rasim Quliyev 2026-01-31 08:46:58

DGK və DVX legv edilmeli birleshmelidir Maliyye Nazirliyine gunde birini tuturlar bele olmaz

Elşən 2026-01-30 23:01:22

O qədər pul harada ola bilər elə danışırsız ki, ifadələrlə əlaqə qurub adlarını tez tez dəyişib başqa ad qoymaqla vergidən yayındırıb rüşvət alırlar

Pensiyaçı 2026-01-30 19:10:52

Orxan Nəzərlinin vergi mafiyası!!!!!!

Eli 2026-01-30 16:11:33

Bu adam nu ağıl ,derrake ile Vergi xidmeti kimi mühüm iqtisadi sahede nece işleyub ,yeqin Mikayıl Cabbarovun vergide apardığı "islahatların" mentiqi neticesidir.

Eli 2026-01-30 15:37:34

Mence ölkeden qızıl ,var dövlet çlxaranlar ağır cezalandlrılmalldırkar neinki ölkeye getirenler.??

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol