İrlandiyalı məşhur aktyor Liam Neeson İslam dinini qəbul edəcəyini açıqlayıb. Axar.az xəbər verir ki, aktyorun bu qərarı verməsinə səbəb onun İstanbula etdiyi səfər olub.
Neeson “Sun” qəzetinə verdiyi açıqlamasında İstanbula səfəri zamanı İslan dinindən çox təsirləndiyini deyib: ”İslam dinin insanı özünə çəkən bir xüsusiyyəti var. Müsəlmanların duası sizin ruhunuza daxil olur. Gündə 5 dəfə dua etməyiniz üçün azan oxunur, ilk həftə buna alışmadığınızdan bu vəziyyət sizə qəribə görünə bilər. Ancaq qısa vaxt ərzində azan səsi ruhunuzun dərinliklərinə girməyi bacardığında, bunun dünyanın ən gözəl şeyi olduğunu bilirsiniz”.


Şərhlər