Menu

ABŞ səfirliyinin maşını motosikletlə toqquşdu, gənc qız öldü

28.12.2014, 23:56
ABŞ səfirliyinin maşını motosikletlə toqquşdu, gənc qız öldü

Bir neçə dəqiqə əvvəl Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, ABŞ səfirliyinə məxsus “Chevrolet” markalı maşınla motosiklet toqquşub. Qəza “Chevrolet” ABŞ səfirliyinin Azadlıq prospektində yerləşən binasına dönərkən baş verib. Böyük sürətlə hərəkət edən motosiklet səfirliyin maşınına arxadan çırpılıb.

Qəza zamanı motosikletdə yedəkdə oturan qız hadisə yerindəcə keçinib. Motosikletin sürücüsü olan gənc isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Motosikletdə əyləşən qızın qoruyucu kaskası olmayıb.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Araşdırma gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol