Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-nin qlobal liderlik mövqeyinin zəiflədiyini iddia edib və bu fonda qeyri-adi bir ssenarini gündəmə gətirib.

Bu barədə sosial media hesabından paylaşım edən Medvedev qeyd edib ki, bəzi konspirasiya nəzəriyyələrində Şimali Amerikada alimlər və mühəndislərin idarə etdiyi xüsusi texnokratik quruluş – “Texnat” adlı bir cəmiyyətin formalaşması ideyası artıq reallaşma mərhələsinə qədəm qoyur. 

Medvedev bildirib ki, bu modeldə real hakimiyyət siyasətçilərin yox, elmi və texniki elitanın əlində cəmləşəcək.

O, belə bir quruluşun yalnız ABŞ ərazisi ilə məhdudlaşmayacağını, Kanadanı, Qrenlandiyanı və Cənubi Amerikanın şimal hissəsini – o cümlədən Venesuela və Kolumbiyanı da resurs bazası kimi əhatə edəcəyini deyib.

Medvedev əlavə edib ki, 2026-cı ilin əvvəlindən etibarən əvvəllər qəribə və hətta absurd görünən bir çox proqnozların gerçəkləşməyə başladığını dəfələrlə qeyd edib.

Onun fikrincə, konspirasiya nəzəriyyələri ciddi elm olmasa da, müasir futurologiyada bəzən ən dəqiq yanaşma kimi çıxış edir.

"AzPolitika.info"