Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimin kimliyi məlum olub.
“AzPolitika” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur.
O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Şərhlər
Kompüter nə zamandan elm olub? Kompüter bir riyazi əməl vasitəsi və məulmatlar almaq.ötürmək üçün istifadə olunan alətdir.Bunu elm hansı savadsıız yazıb? Əgər belədirsə o zaman kompüter oynayan uşaqlar elm xadinləridir.