Menu

Qar yağacağı gözlənilir... - Sabahın havası

08.02.2026, 12:46
Qar yağacağı gözlənilir... - Sabahın havası

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda, əsasən, yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Şərhlər

Sakir 2026-02-09 20:45:59

Baki

Əli 2026-02-09 17:20:56

Bakıda sabah gecə 0 dərəcə göstərir.

Sədaqət 2026-02-09 14:24:06

Sabah Bakı şəhəri Xəzər rayonu 10 fevral etibarən sulu qar yağacağı gözlənir və sabah hava 4dərəcı olacağı gözlənir yoların buz bağlam ehtimalı az dərcədir axşam saatların da isə 1C:'olacaq hava güclü dərəcə də sulu qar yağma ehtimalı var .
Hörmətlə : Sədaqət

Vidadi 2026-02-09 13:07:13

Oğuz

Damla 2026-02-09 11:11:38

Bəs sabunçu rayonuna yağacaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol