Menu

Daha bir məscid yandırıldı

29.12.2014, 15:48
Daha bir məscid yandırıldı

İsveçdə daha bir məsciddə yanğın baş verib.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Eslev şəhərində baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis əməkdaşları yanğının məqsədli şəkildə törədildiyini istisna etmirlər.

Yanğını törətmiş şəxs barədə məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 25-də oxşar hadisə Eskilstun şəhərində baş verib. Naməlum şəxsin törətdiyi yanğın nəticəsində 5 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol