Menu

Fərid Əhmədov rəisi və baş mühasibi vəzifədən azad etdi

20.02.2026, 21:34
Fərid Əhmədov rəisi və baş mühasibi vəzifədən azad etdi

10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi və baş mühasibi vəzifədən azad ediliblər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən,10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əliqismət Firudin oğlu Kərimov, həmin müəssisənin Maliyyə-təssərrüfat bölməsinin baş mühasibi - bölmə rəisi ədliyyə mayoru Mahir Maqsud oğlu Abdullayev tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol