Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri Rəşad Allahverdiyev vəzifəsindən azad olunub.
"AzPolitika"nın "qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, nazir Rəşad İsmayılovun əmri ilə Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib.
ETSN-in mətbuat katibi İradə İbrahimova yeni təyinatı Qaynarinfo-ya təsdiqləyib.
O qeyd edib ki, Fərman Qurbanlı bu təyinatadək Nazirliyin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.



Şərhlər