Amerikalıların yalnız dörddə biri İran liderinin ölümünə səbəb olan ABŞ hərbi hücumlarını dəstəkləyir.

“AzPolitika” xəbər verir ki, “Reuters” və “Ipsos” sorğusunun nəticələri bunu deməyə əsas verir.

Respondentlərin təxminən 27%-i hücumları bəyənir, 43%-i bəyənmir, 29%-i isə qərarsızdır.

Amerikalıların yarıdan çoxu (56%) ABŞ Prezidenti Donald Trampın ölkənin maraqlarını irəli aparmaq üçün hərbi gücdən istifadə etməyə həddindən artıq meylli olduğunu düşünür. Bu fikri Demokratların 87%-i, Respublikaçıların 23%-i və müstəqil seçicilərin 60%-i bölüşür.

Tramp tərəfdarları arasında zərbələrə dəstək dominant olaraq qalır: respublikaçıların təxminən 55%-i hökumətin hərəkətlərini bəyənir, 13%-i isə bəyənmir. Bununla belə, partiya üzvlərinin 42%-i "Amerika əsgərlərinin öldürülməsi və ya yaralanması" ilə nəticələnərsə, kampaniyanı dəstəkləmək ehtimalının daha az olacağını bildirib.

Agentlik qeyd edir ki, Trampın reytinqi də 1 faiz aşağı düşərək 39% olub.

“AzPolitika.info”