Neft qiymətləri, qlobal təklif artıqlığının 2015-ci ilin ilk yarısında da davam edəcəyi söz-söhbətləri ilə yenidən 5 ildən çox bir müddətin ən aşağı səviyyəsinə geriləyib.
Fevral ayı üçün vədələşilən WTI neft müqaviləsi 96 sent geriləyərək Nymex elektron əməliyyatlarında 53.52 dollara düşərək 2009-cu ilin May ayından bu yana ən aşağı səviyyəni görüb.
Fevral ayı üçün vədələşilən Brent nefti müqaviləsi Londonda yerləşən ICE Futures Europe birjasında 1.09 dollar düşərək, bareli 58.36 dollara enib. Müqavilə 57.88 dollar ilə 2009-cu ilin May ayından bu yana ən aşağı səviyyəni görüb.
Dekabrın 29-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 60,14 dollara satılıb. Bu barədə fins.az-a Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.
Bu, dekabrın 25-də qeydə alınmış qiymətdən 0,74 dollar azdır. Xatırladaq ki, milad bayramı ilə əlaqədar 2 gün birjalarda satış olmayıb.


Şərhlər