Menu

"Özünü müdafiə etmək İranın hüququdur" - BMT Baş katibi

11.03.2026, 00:05
"Özünü müdafiə etmək İranın hüququdur" - BMT Baş katibi

İranın xarici işlər naziri Abbas Əraqçi və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, tərəflər söhbət əsnasında ABŞ ilə İsrailin İrana qarşı hücumundan sonrakı hadisələr barədə fikir mübadiləsi aparıblar.

Əraqçi vurğulayıb ki, İranın addımları müdafiə hüququ çərçivəsində və beynəlxalq hüququn tanınmış normaları əsasında həyata keçirilir.

Əraqçi daha sonra hərbi təcavüzün BMT Təhlükəsizlik Şurasında pislənilməsinin əhəmiyyətini qabardıb.

Antonio Qurterreş ABŞ və İsrailin İrana qarşı təcavüzkar hücumu barədə danışıb və beynəlxalq hüquq prinsiplərinə hörmət etməyin zəruriliyini vurğulayıb. O bildirib ki, İranın özünü müdafiə etmək hüququ barədə heç bir şübhə yoxdur.

Quterreş həmçinin münaqişələrin genişlənməsinin qarşısını almaq, eləcə də onun regiondakı təhlükəsizlik fəsadlarını azaltmaq üçün səy göstərməyin zəruriliyini vurğulayıb.

Şərhlər

B.Qarabağlı 2026-03-11 15:59:58

Hörmətli BMT Baş Katibi, Baş Assambleyin Baş Katibi və Ədalət Məhkəməsi, Beynəlxalq Münasibətlər Nizamı təhlükəsiz, qarşılıqlı toxunulmazlıq prinsipləri və razılıqlı bütün əməkdaşlığı təşviq, müdafiə və mühafizə edir! Sərhədləri aşan təcavüzləri isə Beynəlxalq Cinayət təsnifatı üzrə mühakimə edir! Əlbəttə, ölkəni və dövləti yox, həmin pozucu-cinayət qərarını qəbul etmiş Vəzifəliləri!?

B.Qarabağlı 2026-03-11 15:58:23

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol