İranın yeni Ali dini lideri Müctəba Xameneinin taleyi ilə bağlı dünya mediasında yayılan spekulyasiyalara Tehran rəhbərliyi rəsmi cavab verib.
İran rəsmiləri onun öldüyü barədə iddiaları qəti şəkildə təkzib edərək yeni liderin vəzifəsini icra etməyə davam etdiyini bildiriblər.
Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian beynəlxalq mediada Müctəba Xameninin yaralandığı barədə yayılan xəbərləri eşitdiyini, lakin bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Onun sözlərinə görə, o, hazırda sağlam və təhlükəsiz vəziyyətdədir:
“Ali lider Müctəba Xamenei sağlamdır və təhlükəsiz yerdədir. Biz onunla əlaqə saxlayırıq və o, dövlət işlərini qətiyyətlə davam etdirir”, -deyə o bildirib.
Tehrandakı hökumət mənbələri isə bildiriblər ki, Xamenei ilk günlərdəki hücumlar zamanı yüngül xəsarət almış ola bilər. Lakin bu vəziyyət onun vəzifəsini icra etməsinə mane olmur.
"AzPolitika.info"

Şərhlər
Pezeşkianın oğlu kimdir ki, döğvlət adından rəsmi açıqlaqma verir. Və hətta ali liderlərinin təhlükəsiz yerdə saxlandığını da bilir. Prezident dövlət sirlərini oğlu ilə də bölüşür kimi məsuliyyətsiz bir durum sərgilənmiş olur. Bəyəm bu informasiyanı hansısa iri ranqlı bir məmurun dili ilə mediaya ötürmək olmazdı ki? Bu ölkə nə kökdədir alə.