Yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağdam Rayon İcra Hakimiyyətində ixtisara düşən işçilərin sayı məlum olub.
"Azpolitika"-nın Oxu.az- a istinadən verdiyi məlumata görə, aparılan islahatlar nəticəsində icra hakimiyyətində 60 vəzifə ləğv edilib.
Həmin vəzifələrdə çalışanlardan 6 nəfər icra hakimiyyətində müxtəlif vakant vəzifələrə təyin olunsa da, hazırda 54 nəfər işsizdir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Həsənovun sərəncamı ilə vəzifəsini itirən həmin şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.
Məlumata görə, vəzifəsini itirənlərdən 52 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi - baş mühasibidir. 8 nəfər isə Ağdam Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı , Bərdə Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər.

Şərhlər
Şəki İcra Hakimiyyəti "Qocalar Evi "ni xatırladır! Elxan Usubov 126 ildir ki, başçı kreslosunu zəbt edib! 15-il İcra Başçılıq etmək Şəkini özəlləşdirmək deməkdir!
Rəqəmlərdən göründüyü kimi, əksər İcra Hakimiyyəti strukturlarında "havayı yeyənlər" ordusu vardır. Deməli bir qədər diqqətli yanaşılarsa, belə kateqoriyalı işçilərdən azad olmaq mümkündür...
İnzibati strukturlarda kı məmur sayının azaldılması yaxşı haldır. Bunun ilə birgə polis işçiləri sayı, müxtəlif yoxlama hüquqlu orqan işçiləri sayı, paralel hüquq sahibli qurumların sayı, iqtisadi sektordakı bəzi nazirliklərin birləşdirilməsi və ya azaldılması da həyata keçirilməlidir. Yoxsa inkişaf etmiş cəmiyyət, bazar yönümlü iqtisadiyyat qurmaq olmayacaq.