Menu

Əhmədova yeni vəzifə verildi - Departament direktoru təyin edildi

18.03.2026, 21:29
Əhmədova yeni vəzifə verildi - Departament direktoru təyin edildi

"Azərpoçt”da yeni kadr təyinatı həyata keçirilib. Valyuta.az-ın məlumatına görə, İbrahim Əhmədov "Azərpoçt” MMC-də Müştəri Dəstəyi Departamentinin direktoru vəzifəsinə təyin edilib.

İ.Əhmədov bundan əvvəl, 2024-2026-cı illərdə "Azərpoçt”da Müştəri Xidmətləri şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

2014-2024-cü illər müddətində "Azərcell Telecom”da Bakı Müştəri Dəstək Xətti üzrə komanda nümayəndəsi, Təlim bölməsi üzrə mütəxəssis, Müştəri və Rəqəmsal Dəstək komandası rəhbəri vəzifələrini icra edib.

O, 2005-2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində informasiya və riyaziyyat ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda isə 2022-ci ilin noyabr ayından etibarən Atatürk Universitetində biznesin idarə edilməsi üzrə bakalavr proqramı üzrə təhsilini davam etdirir.

Şərhlər

Fariz 2026-03-20 18:04:33

Oxucuya, çünki Azərbaycanda vəzifəyə ali savadlı bisavadlar təyin olunur.

sadiq 2026-03-18 23:35:31

ABU rüşvətxorluğun və korrupsiyanın çiçəkləndiyi bir yer idi. Orada təhsildən başqa hər şey var idi . Savadlı uşaqlar özlərinə hörmət edərək daha samballı universitetlər seçirdilər.

Oxucu 2026-03-18 12:53:01

Çox maraqlıdır, azərbaycan Beynalxalq Universitetinin məzunları irəli kəçilir ! Vəkillərin , Hakimlərin, Ədliyyə Nazirinin rəhbər işçiləri Beynalxalq Univeritetini qurtaranlardır...?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol