Menu

SEPAH yeni hədəfini açıqladı - "Amerika bazası kimi hədəf alınacaq..."

18.03.2026, 21:20
SEPAH yeni hədəfini açıqladı  - "Amerika bazası kimi hədəf alınacaq..."

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri ABŞ-nin regiondakı hərbi bazaları ilə yanaşı, Yaxın Şərq ölkələrindəki neft infrastrukturunu da birbaşa hədəf seçdiklərini bəyan edib.

"AzPolitika" xəbər verir ki, bunu SEPAH donanmasının komandanı Əlireza Təngsiri “X” səhifəsində yazıb.

O, sözügedən obyektlərdə çalışanları və digər mülki şəxsləri həmin ərazilərdən uzaqlaşmağa çağırıb.

Qeyd edək ki, sözügedən bəyanat ABŞ və İsrailin İranın cənubundakı neft-qaz yataqlarına, o cümədən Əsəluyə bölgəsinə endirdiyi zərbələrə cavab kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol