Bakı metropolitenin "20 Yanvar" metrostansiyasında 1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən törədilən terror aktından 32 il keçir.
"Report" xəbər verir ki, qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.
Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də olub.
Məhkəmə orqanları metrostansiyadakı terror aksiyasının Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.
Cinayətin törədilməsində şübhəli bilinən "Sadval" Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.

Şərhlər
1994cü ildə *20 yanvar* stansiyasına terror məqsədi ilə saat mexanizli partlayıcı vasitə yerləşdirmiş dəstənin on bir üzvü həbs edilib, doqquzuna müxtəlif müxtəlif müddətli azadlıqdan məhrum, ikisinə ölüm hökmü qəbul edilib. Ondan öncəki əski DQMV sovetliyində Hökumət vertolyotunun vurulma və on min nəfərdən çox günahsız Qarabağ azərbaycnlılarının etnik-kütləvi hərbi terror cinayətləri hələki mühakimə olunmayıblar?