Menu

Daha bir nazirin müavinlərinin sayı artırıldı - 5 müavini olacaq

19.03.2026, 21:28
Daha bir nazirin müavinlərinin sayı artırıldı - 5 müavini olacaq

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.

“AzPolitika” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 müavini olacaq. Əvvəl nazirin dörd müavini var idi.

Qeyd edək ki, nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Xatırladaq ki, hazırda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir.

Şərhlər

Rey. 2026-03-22 14:47:59

Saylari artsada vetendashlarin qanuni telebleri yerine yetirilmir, onlarin sehvi ucbatindan zerer ceken pensiyacilarin qanuni huquqlari berpa olunmur, o qurumun boyuk islahata ehtiyaci var!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol