Menu

"17-25 dekabr işi"nin müstəntiqləri işdən çıxarıldı

30.12.2014, 15:46
"17-25 dekabr işi"nin müstəntiqləri işdən çıxarıldı

Türkiyədə 17-25 dekabr əməliyyatlarında fəal iştirak etmiş müstəntiqlər işlərindən azad edilib. Musavat.com-un məlumatına görə, hakimlər və prokurorlar ali qurumu Zəkəriyya Öz, Muəmmər Akkaş, Cəlal Kara Mehmet Yüzgec haqqında qərar verib.

Qərara əsasən “rüşvət” əməliyyatında iştirak etmiş bu şəxslər vəzifədən azad edilib.

Qeyd edək ki, 17-25 dekabr 2013-cü ildə Türkiyədə korrupsiyaya qarşı əməliyyatlar keçirilmiş, nazir övladları və iş adamları həbs edilmişdi.

Həmin vaxtdan etibarən bu işdə iştirak edən məmurların öz işlərindən uzaqlaşdırılması davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol