Menu

"BELƏ HALLARA YOL VERƏNLƏRİ İFŞA ETMƏK DAHA ASAN OLACAQ...” - Qüdrət Həsənquliyev

20.03.2026, 22:20
"BELƏ HALLARA YOL VERƏNLƏRİ İFŞA ETMƏK DAHA ASAN OLACAQ...” - Qüdrət Həsənquliyev

“Yüksək maaş korrupsiyanın qarşısını alan əsas mexanizmlərdən biridir” 

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri və millət vəkili dövlət hakimiyyəti orqanlarında müəyyən vəzifə tutan şəxslərin əmək haqlarının artırılmasına münasibət bildirib.

Millət vəkili "AzPolitika"ya deyib ki, xalqın sosial rifahının yüksəldilməsi və təhlükəsizliyin təmin olunması üçün ölkə güclü iqtisadiyyata sahib olmalıdır. Onun sözlərinə görə, güclü iqtisadiyyat qurmaq üçün ölkədə qanunun aliliyi təmin edilməli, korrupsiyaya qarşı effektiv mübarizə aparılmalıdır.

Q.Həsənquliyev qeyd edib ki, dövlət hakimiyyəti səlahiyyətlərinə malik olan şəxslərə onların ləyaqətli həyatını təmin edəcək səviyyədə maaş verilməlidir: “Yüksək maaş alan dövlət qulluqçularının əksəriyyəti qanunsuz yollarla əlavə gəlir əldə etmək üçün risk etməyəcək. Belə hallara yol verənləri isə ifşa etmək daha asan olacaq”.

Deputatın sözlərinə görə, əksinə, ailəsinin ləyaqətli həyatını təmin edə bilməyən məmurların böyük hissəsi vətəndaşları incidərək rüşvət almağa, ictimai vəsaiti mənimsəməyə meylli olur, bu isə biznesin inkişafına və ədalətli rəqabətə maneə yaradır.

Q.Həsənquliyev beynəlxalq təcrübəyə də istinad edib: “Sinqapur möcüzəsinin müəllifi Li Kuan Yu hakimiyyətə gəldikdən sonra dünyanın ən yoxsul ölkələrindən birində islahatlara başladı. O, nazirlərə ayda 100 min dollar maaş verərək onlardan ləyaqətli və vicdanlı fəaliyyət tələb etdi. Bu gün Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindən biridir və orada orta aylıq əmək haqqı 4400 dollardır”.

Millət vəkili vurğulayıb ki, dövlət hakimiyyət nümayəndələrinə yüksək maaş verilmədikdə, “qənaət edilən” vəsaitdən dəfələrlə artıq məbləğ oğurlana bilər və bu, ölkənin inkişafını ləngidər. Onun fikrincə, bundan ən çox zərər çəkən sadə vətəndaşlar olur: onların hüquqları tez-tez pozulur, iqtisadi inkişaf zəif olduğu üçün yüksək maaşlı iş tapmaq imkanları azalır, gələcəkdə yüksək pensiya almaq və güclü sosial müdafiə ilə təmin olunmaq çətinləşir.

Q.Həsənquliyev əlavə edib ki, “Onlar onsuz da rüşvət alırlar, maaşlarını artırmağa nə ehtiyac var” deyənlər ya qərəzli mövqe sərgiləyir, ya da dövlətçilik düşüncəsi və strateji baxışdan uzaqdır.

Deputat bildirib ki, bütün bunları nəzərə alaraq, o, həmişə islahatlara məhz bu kateqoriyadan olan şəxslərin maaşlarının artırılması ilə başlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bunun ardınca dövlət idarəetməsi, məhkəmə sistemi və iqtisadi sahədə geniş islahatlar həyata keçirilməlidir.

Eyni zamanda Q.Həsənquliyev vurğulayıb ki, bu yanaşma digər kateqoriyadan olan vətəndaşların, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinin diqqətdən kənarda qalması anlamına gəlmir.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Fizuli 2026-03-22 19:28:31

Nağıllar ölkəsi! Nağılbazlar isə vəzifələrdə oturub. Məmurlar rüşvətlə.oğurluq vəkorrupsiya iləmilyonlar yığıb başqaölkələrə daşıırıar.....sanki Azərbaycandan qaşmaq düşünürlər.Bunlar azərbaycan türkü deyillər?O pulları Azərbaycanda saxlamaqdan niyə qorxurlar7

Orxan 2026-03-21 20:47:54

Bütün bu kommentarilər Azəbaycanda idarəçiik bilərəkdən.qəsdən tənəzzülə uğradıldığını təsdiqləyir. Deməli sistem azərbaycan xalqına ziyanlı qurulub. Necə olur YAP-ın başda gedənləri milyardlara rüşət.talama ilə azadlıqda gəzirlər bu günə qədər onlar sorğuya çağrılmır.Taladıqları dövlətə qaytarılması üçün heç bir orqan məşğul olmur

Nazim 2026-03-21 14:45:55

Bütün maaşlar bazar rellıgına uygun olmalıdır,
300-400 maaş, pensiya ilə ?insan bu bahalıqda, belə komunal xərclərlə və s. Necə yaşaya bilər?
Tək məmur maaşı ilə problem həll olunmur axı!!
Belə çətindir anlamaq?

Çina 2026-03-21 11:20:33

Əgər idarəçiliyi düzəltmək istəyiriksə orqanların maliyyə əməliyyatları və idarəetməsinin qanuna uyğunluğu hər 6 aydan bir yoxlanmalı, qanunsuz hərəkətlər ciddi cəzalandırılmalıdır. İndiki vəziyyət cəzasızlığın nəticəsində yaranıb

Rrr 2026-03-21 07:29:13

Rüshvet almayacaqlar????

sadə vətəndaş 2026-03-20 21:50:16

Həm rüşvət alır həm də korrupsiya ilə varlanırlar. Milyardları bu millətə atanların heç birisi cəzalandırılmır. Bilirsən niyə. Yəqin ki bilisən. Sənə sərf etmir bunu demək.

Rasim Quliyev 2026-03-20 20:47:45

Ayda her defe neqliyyat vasitesi deyishende sual verirler hardan o qeder qazanirsan.Butun biznesmenlerin usaqlari DGK ve ya DVX dadirlar.Tebii ki ele adamlar Dovleti valideynlerin pullarini fikrleshir

Mahır 2026-03-20 20:14:25

Insanın nefsı hududsuzdur. Bızım memurların nefsı ıse anoloqu olmayandır. Maasları artdı amma 2-3 ay sonra daha artıgını ısteyecekler. Boş sözdür. Bununla problem hell olmayacaq. Sıstem berbaddır. Idareetme sıstemı deyışmese yene köhne hamam köhne tas

Qüdrət bəyə 2026-03-20 19:02:35

Qüdrət bəy Sanki Azərbaycanda yaşamır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol