İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın elektrik obyektlərinə zərbə endirməklə bağlı səsləndirdiyi hədələrə münasibət bildirib.
“AzPolitika” xəbər verir ki, SEPAH bu barədə rəsmi yazılı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, əgər İranın enerji və yanacaq infrastrukturuna qarşı hər hansı hücum həyata keçirilərsə, buna cavab olaraq bölgədə ABŞ və İsrailə aid enerji, informasiya texnologiyaları və su təmizləmə obyektləri hədəfə alınacaq.
Qeyd edək ki, Donald Tramp daha əvvəl İranın 48 saat ərzində Hörmüz boğazını açmayacağı təqdirdə, ölkənin elektrik stansiyalarına zərbələr endiriləcəyini açıqlamışdı.

Şərhlər