Menu

İran ABŞ və İsrailin Yaxın Şərqdəki mövqelərinə yeni zərbələr endirdi - Aviabaza vuruldu

23.03.2026, 11:06
İran ABŞ və İsrailin Yaxın Şərqdəki mövqelərinə yeni zərbələr endirdi - Aviabaza vuruldu

İran Silahlı Qüvvələri ABŞ və İsrailin regiondakı obyektlərinə silsilə zərbələr endirildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi komandanlığının bəyanatında qeyd edilib.

İran tərəfinin iddiasına görə, zərbələr Ben-Qurion aviabazası ərazisindəki aerokosmik müəssisələrə, həmçinin Şahzadə Sultan aviabazası da daxil olmaqla ABŞ qüvvələrinin mövqelərinə endirilib.

Qeyd olunub ki, hücumlar müxtəlif növ raketlərdən və zərbə pilotsuz uçuş aparatlarından istifadə edilməklə "Sadiq Vəd 4" əməliyyatının növbəti mərhələləri çərçivəsində həyata keçirilib.

Eyni zamanda, Təl-Əviv və Ramat-Qan da daxil olmaqla bir sıra şəhərlərdə hərbi və infrastruktur obyektlərinin vurulduğu nəzərə çatdırılıb.

Məlumata görə, zərbələr davam edir, ABŞ və İsrailin regiondakı hədəflərinə qarşı yönəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol