Ermənistanın Baş naziri Nikol Paşinyan metroda mübahisə etdiyi qadından və onun oğlundan üzr istəyib.

Paşinyan üzrünü "Facebook" səhifəsində canlı yayımda istəyib; "Formada və məzmunda deyilməmiş şeylərə görə üzr istəyirəm. Hörmətli Mosiyan xanım, baş verənlərə görə sizdən və oğlunuzdan üzr istəyirəm və ümid edirəm ki, metroda və ya başqa yerdə yenidən görüşmək və sakit söhbət etmək imkanı olacaq. Bu söhbətin baş tutmasını istərdim. Bilirəm ki, imtina edəcəksiniz və bir neçə sərt söz əlavə edəcəksiniz - bunu təvazökarlıqla qəbul edirəm. Bəzi şeyləri uyğunsuz jestlərlə və səhv tonda dediyimi qəbul edirəm", 

Xatırladaq ki, Paşinyanla Qarabağdan olan qadın arasında metroda mübahisə yaranıb. Tərəflər arasında mübahisəyə səbəb qadının onun Ermənistan xəritəsi ilə bağlı fikirlərinə irad bildirməsi olub.

Paşinyan isə ona cavabında övladının Ermənistanda yaşayacağına dair xatırlatma edib.

Qadın bundan sonra Paşinyana “siz bizi Qarabağa qayıtmaqdan məhrum edə bilmərsiniz” deyib.

Paşinyan isə cavabında deyib: “Biz hər şeyi etdik ki, siz Qarabağda yaşaya biləsiniz. 2023-cü ildə siz məni ora Ermənistan insanların getməməsi üçün sərhədləri bağlamaqda ittiham etdiniz, sonra da sərhədlərin açılmasını tələb etdiniz. Deyirdiniz ki, sərhədlər insanların Qarabağdan çıxmaması üçün qəsdən qapadılıb. İndi bura gəlib deyirsiniz, qayıtmaq istəyirik. Biz Ermənistan vətəndaşlarının qazandığı milyardları xərcləmişdik ki, siz orada qala biləsiniz. Niyə qalmadınız?”.

Qadın bundan sonra Paşinyandan ona barmaq sallamamsını tələb edib.

Paşinyan isə onu Qarabağı verməkdə ittiham etməməyini tələb edib.

Azərbaycan 2020-ci ildə işğal altında olan Qarabağa nəzarətini bərpa edə bilib. 2023-cü ildən sonra isə Qarabağda məskunlaşdırılmış ermənilər ərazini tərk edərək, Ermənistana yerləşiblər. Azərbaycan ermənilərin Qarabağda yaşaması üçün əsas şərtinin Azərbaycan vətəndaşlığını qəbul etmələri olduğunu açıqlayıb və onların geri dönüşü üçün proqram təqdim edib.

Paşinyan isə 2025-ci ildən etibarən Qarabağ ermənilərinin Azərbaycana geri dönüşünün real olmadığını deyib. O, Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya olunub, Ermənistan vətəndaşlığını qəbul etmələrinə çağırış edib. O həmçinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb ki, bu da müxalifətin və bir çox keçmiş separatçı qrupların narazılığına səbəb olub.

“AzPolitika.info”