Menu

Türkiyə yığmasından DÇ-nin pley-off mərhələsində ilk qələbə - VİDEO

26.03.2026, 23:03
Türkiyə yığmasından DÇ-nin pley-off mərhələsində ilk qələbə - VİDEO

Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.

"AzPolitika" xəbər verir ki, Türkiyə millisi İstanbulda Rumıniya seçməsi ilə üz-üzə gəlib. “Beşiktaş Park” stadionunda keçirilən matçda birinci hissə qolsuz başa çatıb. İkinci hissədə Türkiyə millisinin oyuncusu Fərdi Kadıoğlu 53-cü dəqiqədə fərqlənib. Matç  1-0 Türkiyənin qələbəsi ilə başa çatıb.

Beləliklə, Türkiyə millisi pley-off mərhələsinin yarımfinalında qalib gəlib.Türkiyənin rəqibi Kosovo - Slovakiya matçında müəyyənləşəcək. Həmin matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Türkiyə yığması isə DÇ-yə getmək üçün final qarılaşmasına martın 31-də çıxacaq.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. 

Şərhlər

Türk Turan 2026-03-27 01:19:27

Təbriklər gözəl Türkiyəm! Allah daim sizi müvəffəq eləsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol