Menu

Azərbaycanda son 100 ildə mart ayı üzrə rekord yağıntı qeydə alınıb

28.03.2026, 14:28
Azərbaycanda son 100 ildə mart ayı üzrə rekord yağıntı qeydə alınıb

Martın 28-i saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv xarakterli yağış davam edir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm olub və bu, aylıq normanın 156 %-ni təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 mm qeydə alınıb. Bu da aylıq normanın 508 %-nə bərabərdir.

Aylıq göstəricilərə gəldikdə isə 1988-ci ilin mart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 mm yağıntı düşmüş və bu, aylıq normanın 352 %-ni təşkil etmişdir. 2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntının miqdarı 128 mm olub ki, bu da aylıq normanın 542 %-ni təşkil edir.

Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb.

Şərhlər

Zaur 2026-03-28 22:01:54

Xezerin quramasinin kataklizmleridir bu görunmemiş yagişlar. Denizden suyun buxarlanmasi defelerle artib son iller. Qlobal istileşme heqiqeten de ciddileşir. Bu ekoloji felaketler çoxalacaq yeqin ki, getdikce. Imperialistler puldan ötrü tebieti , ekologiyani mehv edibler ve edirler. Bu da tebietin cavabidir. Teesüf hemişe oldugu kimi 100 milyonlarla adi insanlar zulm çekir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol