Menu

Qonşularda qiymət qalxdı, Azərbaycanda isə... – Benzin və dizelin yeni tarifləri açıqlandı

30.03.2026, 11:17
Qonşularda qiymət qalxdı, Azərbaycanda isə... – Benzin və dizelin yeni tarifləri açıqlandı

Gürcüstanda və Ermənistanda avtomobil yanacağının pərakəndə satış qiymətləri fevrala nisbətdə ortalama 20-25% artıb. Enerji bazarları üzrə ixtisaslaşan Böyük Britaniyanın "Argus" agentliyinin 23 mart tarixinə olan məlumatına görə, avtomobil yanacaqlarının 1 litri aşağıdakı kimidir:

Ai-92 - 1,06 dollar - 1.80 AZN
Ai-95 - 1.14 dollar - 1.94 AZN
Ai-98 - 1.35 dollar - 2.29 AZN
Dizel Avro 5 - 1.19 dollar - 2.02 AZN
CNG - 0.67 dollar - 1.14 AZN

"Argus" qeyd edir ki, Gürcüstana martda yanacaq Rumıniya və Bolqarıstan neft emalı zavodlarından tədarük edilib. “Ai-92” markalı benzin isə Azərbaycandan Gürcüstanın dövlət müəssisələrinin ehtiyacı üçün alınıb.

Ermənistanda 1 litr yanacağın pərakəndə satış qiymətləri “Ai-92” üçün 1,27 dollar, Ai-95 üçün 1.32 dollar və Dizel Avro 5 üçün 1,38 dollar təşkil edib.

Azərbaycanda isə 2026-cı ilin əvvəlindən etibarən qiymətlər belədir:
Ai-92 – 1.15 AZN (təxminən 0.68 dollar)
Ai-95 – 1.60 AZN (təxminən 0.94 dollar)
Ai-98 – təxminən 2.30 AZN (təxminən 1.35 dollar)
Dizel – 1.10 AZN (təxminən 0.65 dollar)

Məlumatı şərh edən iqtisadçı İlham Şaban bildirib ki, Azərbaycanın daxili bazarında “Avro 5” standartda yanacaq satılmır, ona görə də qonşu ölkələrdəki qiymətlərlə müqayisə aparmaq çətindir.

“AzPolitika.info”

Şərhlər

Xəyyam 2026-03-31 18:20:58

Bunu biz istehsal edirik,dünyada qalxanda biz daha ucuz verməliyik əhaliyə onsuz da xarabada pul bizim ölkəyə girir də

Elvin 2026-03-31 13:50:31

Niye Gurcustanla ve Ermenistanla muqasiye edirsiz . Qonwu Iranla edin gorun olarda necyedi

Yasin 2026-03-31 13:42:20

Ermənistan və Gürcüstanda orta əmək haqqı 800. 1000 arasındadı

elnur 2026-03-31 12:52:03

aha hazirlasin novbeti dalgaya xaricde ne oldu bizimkiler herekete cekir!!!!

Mehman 2026-03-31 12:03:58

Əlbətddə yanacaq qiyməti dusməlidi

Ttttt 2026-03-31 10:34:55

Bizde niye ai 95le ai 92 arasinda bu qeder ferq var?qonsularda ferq azdi

Azad 2026-03-31 10:29:05

Yanacaq qiyməti artan ölkələr nefti bizdən alır, bizdə əksi olmalıdır. Yanacağın qiyməti məntiqlə Azərbaycanda düşməlidir. Görəsən belə bir qiymət azalması olar?

Mais 2026-03-31 10:01:08

Noulsunki olar nefd ixrac etmir azervaycanan alir. Nezere almag lazimdiki Azerbaycan ozu benzin isdesaıat edir

PERVİZ 2026-03-31 00:16:02

bizde manatdisa niye dolarla hesablamalidiki bizde kifayet qedər qalxibdi mence benzinin qiymeti dusmelidi ki cox ayleli insanlarin benzin almasi mumkun olsun xais edirem ki qiymetler duşse yaxi olardi

Malikhummetov821@gmail.com 2026-03-31 00:06:58

Bir şeydə deyək bu millətin adından onların orta aylıq əmək haklaı 5000dollardı bizdə400 manat bu gülünü ya yox izzah gətirin

Rrr 2026-03-30 11:52:46

Qiymet artib, demeli yanacaq qiymet bizde düshmelidi, yoxsa yox ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol