Menu

“Biz ABŞ-ın addımlarını cavabsız qoymayacağıq”

30.12.2014, 19:25
“Biz ABŞ-ın addımlarını cavabsız qoymayacağıq”

“ABŞ-ın sanksiyaları beynəlxalq problemlərin həllində ikitərəfli əməkdaşlıq perspektivlərini şübhə altına qoyur”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib.

“Elə bir təəssürat yaranır ki, sanki Vaşinqtonda kimsə Rusiya-ABŞ münasibətlərinin karkasını daha çox silkələmək istəyir. Bunun üçün də yeni səbəblər uydurulur”, - deyə o vurğulayıb.

Diplomat qeyd edib ki, ABŞ-ın addımları İranın nüvə problemi, Suriya böhranı və digər aktual beynəlxalq problemlərinin həllində ikitərəfli əməkdaşlığın perspektivlərini sual altına qoyur: “Artıq Vaşinqtonda əmin olublar ki, biz bu addımları cavabsız qoymuruq və qoymayacağıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol