ABŞ Prezidenti Donald Trampın reytinqi son dövrlərdə ciddi şəkildə aşağı düşüb. Xüsusilə onun İrana yönəlik siyasətinə ictimai dəstəyin zəiflədiyi müşahidə olunur.

"The Hill" qəzetinin Massaçusets Universiteti tərəfindən keçirilən sorğuya istinadən yaydığı məlumata görə, respondentlərin cəmi 33 faizi Trampı prezident kimi dəstəklədiyini bildirib. Bunun əksinə olaraq, iştirakçıların 62 faizi onun siyasi fəaliyyətindən narazı olduğunu qeyd edib.

Sorğunun nəticələrinə əsasən, iştirakçıların 53 faizi Trampın hazırkı siyasi kursuna açıq şəkildə etiraz etdiyini ifadə edib.

Eyni zamanda, ABŞ vətəndaşlarının xarici siyasətə münasibəti də diqqət çəkir. Belə ki, respondentlərin yalnız 29 faizi Trampın İrana dair siyasətini dəstəkləyir. Əksəriyyət – 63 faiz isə onun Yaxın Şərqdə apardığı siyasəti bəyənmədiyini bildirib.

Beləliklə, sorğu nəticələri Tramp administrasiyasının həm daxili, həm də xarici siyasət sahəsində ictimai dəstəyinin zəiflədiyini göstərir.

"AzPolitika.info"