Menu

Ukraynada hərbi sahədə kadr dəyişiklikləri olacaq

28.11.2026, 20:52
Ukraynada hərbi sahədə kadr dəyişiklikləri olacaq

Ukraynada hərbi sahədə bir sıra yeni kadr dəyişikliklərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə ölkə Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, məsələ Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Pavlo Palisa ilə keçirilən görüşdə müzakirə olunub.

"Palisa ilə hərbi sahədə bəzi kadr məsələlərini də nəzərdən keçirdik. Təyinatlar Ukraynanın müdafiə naziri və Silahlı Qüvvələrin baş komandanı ilə birlikdə həyata keçiriləcək", - Zelenski bildirib.

Görüş zamanı, həmçinin cəbhə xəttində və qoşunlarda mövcud vəziyyət, eləcə də ordunun cari ehtiyacları ətrafında fikir mübadiləsi aparılıb. Zelenskinin qeyd etdiyi kimi, Ukrayna 2027-ci ildə pikap avtomobillərinin satın alınması proqramını davam etdirməyi planlaşdırır. Hazırda bu məqsədlə alışların miqyası və maliyyələşdirmə mexanizmləri üzərində iş aparılır.

Pavlo Palisa tərəfdaşlarla Ukraynaya hava hücumundan müdafiə (HHM) vasitələrinin, qüllələrin və digər texnikanın tədarükü ilə bağlı aparılan danışıqlar barədə də məlumat verib.

"FREYJA antiballistik proqramımız çərçivəsində əsas fəaliyyət istiqamətlərini və Avropa istehsalçıları ilə əldə olunan müvafiq razılaşmaları müzakirə etdik. Proqramın həyata keçirilməsində irəliləyiş əldə edirik və həqiqətən effektiv antiballistik sistemin yaradılmasına yaxınlaşırıq", - Zelenski vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol