Menu

Batumi hava limanında “Beşiktaş” və “Hapoel” azarkeşləri arasında insident - VİDEO

28.11.2026, 17:08
Batumi hava limanında “Beşiktaş” və “Hapoel” azarkeşləri arasında insident - VİDEO

Gürcüstanın Batumi hava limanında İsrailin “Hapoel Beer-Şeva” və Türkiyənin “Beşiktaş” futbol klublarının azarkeşləri arasında insident baş verib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, Gürcüstan polisi kütləvi qarşıdurmanın qarşısını almaq üçün azarkeşləri ayırıb.

Yayılan görüntülərə görə, türkiyəli azarkeşlər İsrail əleyhinə şüarlar səsləndirib, israilli azarkeşlər İsrail bayrağı qaldırıblar.

Azarkeşlərin hər iki komandadan olan qrupları əlverişsiz hava şəraiti səbəbindən Batumidən ayrıla bilməyib. “Hapoel”in futbolçuları və məşqçilər heyətinin isə hava limanında gücləndirilmiş mühafizə altında ayrıca otaqda saxlanıldığı bildirilib.

Qeyd edək ki, daha əvvəl “Beşiktaş” və “Hapoel Beer-Şeva” arasında keçirilən matç zamanı da insident baş vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol