Rusiyada mal-qaranın dövlət orqanları tərəfindən “xəstəlik” adı altında kütləvi şəkildə müsadirə və məhv edilməsi ciddi etirazlar doğurub.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının məlumatına görə, bu gün Novosibirsk, Arxangelsk, Volqoqrad və Omsk vilayətlərindən, eləcə də Udmurtiyadan olan fermerlər öz etirazlarını Prezident Vladimir Putinə çatdırmaq üçün Moskvaya gəliblər.

Etirazçılar Prezident Aparatına və yeddi digər orqana təqdim etmək üçün 31.300-dən çox imza toplayıblar.

Rusiyada bir neçə bölgədə mal-qaranın kütləvi şəkildə müsadirə və məhv edilməsi fevral ayında başlayıb. İki aydan az müddətdə Novosibirsk, Omsk, Penza, Tomsk və Samara vilayətlərində, Xakasiya, Kalmıkiya, Udmurtiya və Altay diyarında 90.500 baş mal-qara məhv edilib. Fermerlərə dəyən birbaşa ziyanın 1,59 milyard rubl, əlavə itkilərin isə 368,2 milyon rubl təşkil etdiyi təxmin edilir.

Bu arada, hakimiyyət orqanları mal-qaranın məhv edilməsinin dəqiq səbəbini gizlədir.

“AzPolitika.info”