"14 ay ərzində Tramp Amerikanı dünyanın hər yerində insanların nifrət etdiyi, qorxduğu, yazığı gəldiyi, lağa qoyduğu, güldüyü, saya salmadığı, artıq inanmadığı və heç bir əlaqə qurmaq istəmədiyi bir ölkəyə çevirdi”.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Respublikaçılar partiyasının nüfuzlu təmsilçilərindəın biri, keçmiş Respublikaçı konqresmen Co Uolş deyib.

Onun fikrincə, Tramp Ağ Evə və prezidentliyə layiq olmayan axmaq birisidir: Mən düşünürəm ki, tamamilə axmaq, qəddar, korrupsioner, qanun tanımayan, vicdansız, natəmiz bir dəli Ağ Evə buraxılanda belə də olmalı idi".

“AzPolitika.info”