İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar ABŞ-ın hərbi bazalarına ciddi ziyan vurub. Hücumlar nəticəsində milyardlarla dollar dəyərində itki yaranıb, yüzlərlə hərbçi yaralanıb və insan itkiləri qeydə alınıb.
"The Times" nəşrinin məlumatına görə, davam edən qarşıdurmalar zamanı ABŞ-nin bölgədəki 13 hərbi bazasının böyük hissəsi zərər görüb. Müharibənin ilk günündə zərərin 1,5 milyard dolları keçdiyi, 300-dən çox əsgərin yaralandığı və 13 hərbçinin həlak olduğu bildirilir.
Senator Kris Kunsun təxminlərinə görə, hərbi əməliyyatların Vaşinqtona günlük xərci 1,5 milyard dollardan çox olub.
Xəbər mənbələri göstərir ki, 21 günlük dövrdə ABŞ-nin ümumi hərbi xərcləri və itkiləri artıq 27 milyard dolları ötüb keçib.
Hazırkı xərclər arasında yanacaq sərfi gündə 1 milyard dollar, saatda 41,7 milyon dollar, saniyədə isə 11,6 min dollar təşkil edir.
Pentaqonun məlumatına görə, ilk 6 gün ərzində 11,3 milyard dollar xərclənib, bundan sonrakı mərhələdə isə hər gün təxminən 1 milyard dollar əlavə xərc yaranır.
Məlumata əsasən, Səudiyyə Ərəbistanındakı "Kral Sultan" hava bazasında ABŞ-yə məxsus, təxminən 300 milyon dollar dəyərində "E-3 Sentry AWACS" birbaşa zərbə ilə məhv edilib. Bu itkinin ABŞ-nin hava nəzarəti imkanlarına ciddi təsir etdiyi qeyd olunur.
Hesabatlarda İranın xüsusilə “Shahed-136” tipli kamikadze pilotsuz aparatlarının aşağı hündürlükdə uçuş və sürətli manevr qabiliyyəti sayəsində hava hücumundan müdafiə sistemlərini aşa bildiyi vurğulanır. Bu isə Pentaqonun yeni tip təhdidlərə qarşı yetərincə hazırlıqlı olmaması ilə bağlı tənqidləri artırıb.
Eyni zamanda, Rusiyanın İrana verdiyi kəşfiyyat dəstəyinin də müharibənin gedişinə təsir etdiyi iddia olunur. ABŞ bazalarının koordinatlarının ötürüldüyü və daha güclü silah sistemlərinin istifadəyə verildiyi bildirilir.
Bölgədəki əsas hərbi obyektlər də hücumların hədəfində olub. Qətərdə yerləşən Əl-Udeid hava bazasında 1 milyard dollardan çox dəyəri olan radar sistemi məhv edilib. Bəhreyndəki Beşinci Donanma qərargahı, eləcə də Küveyt, BƏƏ və İordaniyadakı bazalar da ciddi ziyan görüb.
Mütəxəssislər qeyd edir ki, ən inkişaf etmiş hava müdafiə sistemləri belə kütləvi PUA hücumlarını tam dayandırmaqda çətinlik çəkir və ABŞ bu yeni təhlükə qarşısında effektiv həll tapmaqda çətinlik yaşayır.
"AzPolitika.info"

Şərhlər
Kreml SSRİni (Azərbaycanı 1987ci ildən) əcnəbi *özƏLlərinə* dəyməzinə təslim edəndən qloBaş və daxili siyasəti də bayağı *bənzətmə*lərlə təslim etməkdədirlər. İllərlə özündən dəfələrlə kiçik İsrailə *milçək qədər* hərbi təsir göstərə bilməyən İran guya ABŞ Hərbisinə guya sarsıdıcı zərbə endirib? Elə, hərbi Ağır arsenalsız Ukrayna da guya 29 qat böyük-güclü RFna üstün-prioritet qalib gələcək? Aramlı məhv???
1.5 milyard ilk gündə olar.Ayi olmaz