Donald Trampın Fransa Prezidenti Emmanuel Makronun barəsində işlətdiyi aşağılayıcı ifadələr mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Tramp son çıxışında Makronu lağa qoyaraq deyib: " Makrona zəng etməyi düşünürdüm – arvadı onunla son dərəcə pis rəftar edir. O, hələ də çənəsindən aldığı yumruqdan sonra bərpa olunur”.
“AzPolitika” xəbər verir ki, jurnalistlər Makrondan Trampın bu fikirlərinə cavab verməsini istəyiblər. Lakin o, Trampın iddialarına münasibət bildirməkdən imtina edib.
Jurnalistlərin suallarına cavab olaraq Makron deyib: "Mən buna cavab verməyəcəyəm. Sizin istinad etdiyiniz ifadələr nə zərif, nə də ləyaqətlidir. Buna görə də mən onlara cavab verməyəcəyəm - onlar cavab verməyə layiq deyillər."
Fransa lideri həmçinin vurğulayıb ki, Trampın açıqalmaları tamamilə yersizdir.
Makron daha əvvəl bildirmişdi ki, Fransa Trampın İsrailə gedən Amerika təyyarələrinin Fransa ərazisi üzərindən uçmasına icazə vermədiyinə görə Parisi tənqid edən şərhlərindən təəccüblənib.
O qeyd edib ki, bu, İrana qarşı müharibənin əvvəlindən bəri Parisin mövqeyidir: "Fransa müharibənin ilk günündən bəri mövqeyini dəyişməyib. Biz bu qərarı bir daha təsdiqləyirik".
“AzPolitika.info”

Şərhlər