Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə araşdırmaları külli miqdarda yeyintilərin baş verdiyini üzə çıxarıb.
“AzPolitika” bildirir ki, bu barədə “Gununsesi.info” saytı bu barədə özəl mənbələrə istinadla xəbər yayıb. Qeyd olunur ki, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard manat dövlət vəsaitinin talan olunması müəyyən olunub.
Bildirilir ki, Saleh Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub.
“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək”, - deyə mənbə bildirib.
Məlumatda qeyd olunur ki, Saleh Məmmədov vəziyyəti yumşaltmaq üçün maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.
Sayt daha əvvəl yazıb ki, S.Məmmədov keçmiş komanda üzvlərini bağında toplayaraq onlardan “ortaya pul qoymağı” tələb edib. İddia olunur ki, toplantıda Məzahir Səlimov, İlham Əzimov, Zahid Nuriyev, İlham İsmayılov, Arif Abbasov, Məhəmməd Musayev, Şahin İsmayılov (Saleh Məmmədovun xalası oğlu), Azad Muradov, Azadəli Azadəliyev, Zaur Həmzəyev, Allahverdi Dəmirov, Fazil Musayev, Əflatun Qasımov və AAYDA-nın maliyyə idarəsinin rəisi Müseyib Həmzəyev, aparat rəhbəri İlqar Əhmədov iştirak ediblər. S.Məmmədov bəyan edib ki, oğurlanan vəsaitlər büdcəyə qaytarılmasa, hamını həbs gözləyir.
“AzPolitika.info”

Şərhlər
Salehin şoferi fikirət əvəl bir idarədə işləmişik salehin soferi olandan sora xayiş etdim mənə iş təşkil et iki min manat isdədi verdim işi isə vermədi pulmu isdiyəndə hədələdi məni
O nə puldu onnan coxunu yol yaşılaşmada y..eyiblər.
Onun üçün yollar bərbad gündədir Bakı Qazax yolu çəkib
Talan qarət çox sürətlə davam edir. Quldur məmurlar millətin milyardlarını atmaqda davam edirlər
Talan qarət sürətlə davam edir. Allah bunun sonunu yetirsin.
Yeyib yox eeee....ůyùdůb.....
Olke deyil multfilmdir)
Saleh m halal olsun Size esl Ferasetli adamsiz.Allah qoysa xercleyersiz genine boluna.Allah ne qeder omur verse yeki yeyesen.
SSRİ zamanında deyirdik ki,haqqımızı Moskva- rus yeyşr axı indiki rus yoxdur axı millet özüne dövletine qenim kesilb bu nevaxtadek davam edecek.Hansı naziri terpediesen altında milliardkar çıxır netşce şse 0
Axı bu 1 milliardı 1-2 güne yemek olmaz buna aylar iller lazımdır.Yeqin bu işenezaret edenlerle birlikde yeyibker Axı bu xalqın puludur insan megeröz xalqına bu qeder düşmen kesiler.Menim nifret etdiyim Stalin dövrü olsaydı hamusı poqolovnı güllelenerfi.Bu xalqın canı ne vaxt bu al öz aq nemurlardan qurtaracaq göresen?Beke getse yeqin ki heç vaxt.
Şahin İbadov yaddan çıxıb
bu qədər vəsaiti bir günə oğurlamaq olmaz. demək bu oğrullar illərlə çapıb talayıblar dövlət vəsaitini.
xaricə daşıyıblar. bu qədər zaman ərzində müvafiq dövlət qurumları ( hesablama palatası , maiyyə nazirliyi , korrupsiya ilə mübarziə idarəsi və digərləri ) hara baxırdılar ?