Menu

Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb

05.04.2026, 11:31
Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb

Gəncə Birləşmiş Uşaq Xəstəxanasında uşaq ölümü qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hərarəti olan 2025-ci il təvəllüdlü A. S. xəstəxanaya çatdırılıb.

Xəstəxanada 1 yaşlı körpəyə sistem köçürülüb. Lakin bundan sonra uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Meyit Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol